İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, keçmiş nazir açıqlamasında deyib:
“Bu gün vəzifəmi tərk edirəm, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili məni Tbilisinin meri vəzifəsinə namizəd olaraq təqdim edib. Seçildiyim təqdirdə, vəzifəmi layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Mən komandamıza güvənirəm.”
Qeyd edək ki, Kaxa Kaladze 25 oktyabr 2012-ci ildə Gürcüstanın energetika naziri vəzifəsinə təyin olunmuşdu.
İnterpress.az