İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, G20 zirvəsi üçün Hamburga gələn, Prezident Ərdoğan, Merkel ilə görüşməyə getdi. Görüşdə Merkel, Ərdoğanı qapıda qarşıladı. İki lider daha sonra mətbuat mənsublarına foto üçün poza verdi və mətbuata bağlı görüş keçdi. Görüş təxminən 1 saat davam etdi.
Prezident sarayında mövzuyla əlaqədar açıqlama verildi:
\”Prezident Rəcəb Tayyib Ərdoğan, G20 Liderlər Sammitində iştirak etmək üçün Almaniyanın Hamburg şəhərində yerləşdi.
Hamburg Havalımanında qarşılanan Prezident Ərdoğana Almaniya səfərində; həyat yoldaşı Əminə Ərdoğan, Baş nazir Köməkçisi Məmməd Şimşək, Avropa Birliyi naziri və Başmüzakirəci Ömər Çelik, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və AK Partiya Ümumi Başçı Köməkçisi Mehdi Eker yoldaşlıq edir. \”
Ərdoğan, Merkel ilə görüşündən sonra, Türk heyətiylə birlikdə qalacaqları otelə keçdi. Ərdoğanın çıxışı və otelinə gedişi əsnasında üst səviyyədə təhlükəsizlik tədbirləri alındı.
Təhlükəsizlik işçiləri, Hamburgda Ərdoğan, Putin və Trump üçün ən üst səviyyə tədbir alındığını ifadə etdi. Ərdoğan, ətrafında çox geniş təhlükəsizlik tədbirləri alınan otelində istirahətə çəkildi.
İnterpress.az