O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.
\”BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq\”, – S.Düjarrik Nyu-Yorkda brifinqdə vurğulayıb.
O, BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini açıqlayıb.
BMT rəsmisi bildirib ki, danışıqlar masasına ən qısa zamanda qayıdış bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur. ( report.az )
İnterpress.az