İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya polisinin keçən həftə, Katolik Kilsəsinin ən üst səviyyə üçüncü adı olan Vatikan həzinədarı Avstraliyalı Kardinal George Pelləyə cinsi təcavüz ittihamları yönəltməsindən sonra, gündəmə yeni bir skandal gəldi. İtalyan qəzeti Il Fatto Quotidianonın xəbərinə görə, Vatikan polisi, Papa Françeskonun məsləhətçilərindən birinin qaldığı ev dairəsindəki narkotik və seks yığıncağına basqın təşkil etdiyini bildirdi.
Basqın, Mənzildəki qonşuların \’qəribə\’ qışqırıq səsləri eşitdiklərinə dair şikayətləri üzərinə reallaşıb. Basqının edildiyi dairə girən polislər bir neçə kişini narkotik istifadə və əlaqəyə girərkən tutub. Polisin nəzarətə götürüb bir müddət sonra buraxdığı Papanın assistenti İtaliyada bir monastırda inzivaya çəkilib.
İnterpress.az