Trumpın əli yenə havada qaldı – VİDEObackend

Trumpın əli yenə havada qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa prezidentinin həyat yoldaşı Agata Kornhauser-Duda ilə əlləşə görüşmək üçün əlini uzadan Trumpın əli boş qaldı. Trumpın gərginliyi o anlar kameralara da əks olundu.
Trump, Polşaya reallaşdırdığı ziyarətdə Polşa prezidenti Andrzej Duda və prezidentinin həyat yoldaşı Agata Kornhauser-Duda ilə bir araya gəldi.
Trump ilk əvvəl Polşa prezidenti Duda ilə görüşdü, sonra Dudanın yoldaşı ilə görüşmək üçün əlini uzatdı, ancaq Agata Kornhauser-Duda, Donald Trumpın əlini havada qoyaraq Trumpın yoldaşı Melanie Trump ilə görüşdü. Trumpın çaşmış üz ifadəsi kameralara əks olundu.
Donald Trump, daha əvvəl də Fransa prezidenti Emmanuel Macron ilə bənzər bir vəziyyət yaşamışdı. Trump əlini uzatdığı sırada Macron, Almaniya kansleri Angela Merkelə sarılmışdı. Trumpın yoldaşı Melanie Trumpın əlini tutma cəhdi də iki dəfə nəticəsiz qalmışdı.

İnterpress.azhttps://youtube.com/watch?v=b9JT5kHWYrw