İnterpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, nümayiş iştirakçıları səsləndirdikləri şüarlarda iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsini kəskin şəkildə etiraz ediblər.
İSTAD sədri Səfər Qaraqoyunlu çıxışında Ermənistanı və bu qaragüruha dəstək olanları şiddətlə qınadığını bildirib. O qeyd edib ki, daha böyük faciələrin yaşanmaması üçün Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır.:
“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirsə, öz ordusunu qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmalıdır”.
Qeyd edək ki, yürüş Türkiyə KİV-də işıqlandırılıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
İnterpress.az