İlham Əliyev diplomatları təbrik etdibackend

İlham Əliyev diplomatları təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az dövlət başçısının sosial şəbəkələrdəki səhifəsinə istinadən bildirir ki, təbrikdə deyilir:

“Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur .”

Xatırladaq ki, 9 iyul Azərbaycanda Diplomatik xidmət günü qeyd edilir. Bayram Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust sərəncamı ilə təsis edilib.

Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Respublikasının (ADR) hakimiyyəti dövründə qəbul edilib.

Milli diplomatiyanın ADR-in yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

İnterpress.az