Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Avstriyada görüş keçirib.
Nazirlər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində bir araya gəliblər.
Sergey Lavrovla Edvard Nalbandyan beynəlxalq və regional problemlərə toxunublar, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini müzakirə ediblər. ( apa )
Tərəflər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
***
Bu gün Mauerbaxda ATƏT ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.
İnterpress.az