Məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 rəsmi məvacib aldığı iddia edilir.
Təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.
Qeyd edək ki, Rüfət Aslanlının iddia edilən maaşı Prezident İlham Əliyevin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan 325 dəfə çoxdur.
Məsələ ilə bağlı adı çəkilən qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. ( moderator.az )
İnterpress.az