İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasındakı sərhəddən gündə yalnız bir neçə yüz dəvənin keçişinə icazə verildi. Səudiyyə Ərəbistanı ərazisində qalan dəvələr 50 dərəcə istilikdə çöldə gözlədildi.
Bəzi fermerlər Ramazan ayında sahibi olduqları dəvələri təsbit etməyə çalışdı. Sahibi olmayan və ya sahibləri ölkədən deportasiya edilən dəvələr də yol kənarında ölümə tərk edildi.
Səid Al Hajar adlı bir cütçü, \”Çox üzücü, dəvələr hara gedəcəklərini bilmədikləri üçün çox yorğun düşdülər\” dedi. Çütçü Hussein Al Marr də, \”Səudiyyə Ərəbistanından dönmüşdüm. Mən də yolda 100-dən çox dəvə leşi, 100-dən çox sahibsiz dəvə və qoyun gördüm\” dedi.
Qeyd edək ki, Körfəzdəki böhran səbəbiylə 12 min elə 15 min arası heyvanın tələf olduğu bildirilir. Beynəlxalq Heyvan Hüquqları müdafiəçisi SPANA-nın spikeri \”Dünya daxilində işlədilən heyvanlar və ferma heyvanları qarşıdurmaların və siyasi müzakirələrin unudulan qurbanları olur\” dedi.
Spiker, \”Daha əvvəl dəfələrlə Somalidə, Malidə və digər bölgələrdə bu vəziyyəti yaşadıq. Heyvanların sağlığına əhəmiyyət verilməsi, qida, su, sığınacaq və lazımlı müalicəyə daxil kimi əsas ehtiyaclarının qarşılanması mühüm\” deyə bildirdi.
İnterpress.az