ABŞ-da hərbi təyyarə düşdü: 16 nəfər öldübackend

ABŞ-da hərbi təyyarə düşdü: 16 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Mississippi əyalətində dəniz piyadalarına aid olduğu ifadə edilən hərbi nəqliyyat təyyarəsinin düşməsi nəticəsində 16 nəfər ölüb. Mississippinin Delta bölgəsindəki qəzayla əlaqədar yerli mediaya açıqlama verən Leflore şərifi Ricky Banks, C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Jacksonun 135 kilometr şimalında düşdüyünü bildirdi. Leflore inzibati bölgəsi Təcili Yardım direktoru Fred Randle isə təyyarənin düşdüyü bölgədə 16 cəsədin tapıldığına dair məlumatı paylaşdı. Mississippi Təcili Yardım Rəhbərliyi Agentliyi direktoru Lee Smithson da öz növbəsində yerli mediaya verdiyi açıqlamada, təyyarənin Jacksonun şimalında LEFLORE-Sunflower inzibati bölgəsi sərhədində sıx kolluq və bitki örtüyü ilə örtülü bir sahədə düşdüyünü ifadə etdi. Qeyd edək ki, dəniz piyadalarının daha çox yanacaq və vəsait daşımaq üçün istifadə olunan C-130 tipli təyyarələr. Həmçinin Soyuq Döyüş dövrü C-130 təyyarələr fərqli şəkildə olaraq pərvanəli və 4 motorlu istehsal edilir.

ABŞ-da hərbi təyyarə düşdü: 16 nəfər öldü

İnterpress.az