İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, uşaq sahibi olmağı istəyən qadınlar diş ətlərinə diqqət etməlidirlər. Diş əti infeksiyasına səbəb olan bakteriyalar hamilə qalma müddətini uzadırlar.
Diş əti xəstəliyinə səbəb bu olan bakteriya (P.Gingivalis) hamiləlik şansını 3 qat azaldır. Bu bakteriya həm diş ətlərini, həm də altında olan sümük toxumasına yoluxaraq hamilə qalma ehtimalını 4 qat azaldır.
Diş əti və çənə sümüyü infeksiyaları bədəndə iltihaba səbəb olaraq ovulyasıyaya (yumurtlama) və embrionun tutunmasına mane olur.
Ayrıca bu iltihab hormon istehsalına mənfi təsir edir və endometrioza bənzər təsir meydana gətirir.
Peridontal infeksiyalar sonsuzluğa iştirak edən səbəblərdən biri. Bu bakteriyalar, diş əti infeksiyası klinik olaraq əlamət vermədən belə sistematik təsirini göstərə bilər.
Helsinki Universitetində aparılan araşdırmayla da bu proses sübut edildi. Araşdırmaçılar 19-42 yaş aralığındakı sağlam, hamilə qalmağa çalışan 256 qadını işə daxil etdilər. Ağız – diş və ginekoloji müayinələr aparıldı. 12 ay ərzində hamiləlik vəziyyəti təqibə alındı.
Bir ilin sonunda hamilə qala bilməyən qadınların tüpürcəyində ən sıx müşahidə olunan bakteriya P.Gingivalisti aşkarlandı. Hamilə qalma nisbəti, diş əti xəstəliyi olmayan və bakteriya müəyyən olunmayan qadınlarda 4 qat daha çox idi.
Qeyd edək ki, diş əti xəstəlikləri və iltihabı bütün dünyada əhəmiyyətli bir sağlamlıq problemidir və 35-44 yaş arasındakı əhalinin yüzdə 15-20-sini təsir etməkdədir\”.
İnterpress.az