İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Columbia Universitetinə bağlı Knight First Amendment İnstitutunun və 7 fərdi iştirakçının açdığı iddiada, Trumpın \’tənqid, istehza və ya etiraz edən şərhlərlə\’ tweetlerini cavablandıran hesabı maneə törətdiyi iddia edilir.
New Yorkda açılan iddianın ərizəsində, Trumpın bu hesabları əngəllənməsi \’müxalifəti basdırmaq üçün konstitusiyaya zidd bir səy\’ olduğu qarşıya qoyulur.
ABŞ Konstitusiyasının 1-ci maddəsi, din, ifadə, toplaşma və ərizə etiraz haqqlarını zəmanət altına alır.
Qeyd edək ki, Donald Trump, Twitteri sürətli şəkildə şərh etmək üçün istifadə edir. Ağ Ev sözçüsü Sean Spicer keçən ay Trumpın öz tweetlerini \”rəsmi şərhlər\” olaraq qiymətləndirdiyini söyləmişdi.
Twitter istifadəçiləri özlərini maneə törədən hesabların tweetlerini görə bilmir və bunlara cavab verə bilmir.
İddianı açanlar, Trumpın bu tətbiqinin \”konstitusiyaya zidd\” elan edilməsini və məhkəmə əmri ilə maneə törətməyə qaldırılmasını tələb edir.
Xatırladaq ki, Knight First Amendment İnstitutu, keçən həftə prezident Donald Trumpa bir məktub göndərərək, əngəlləmələr qaldırılmazsa özünə qarşı iddia açılacağı xəbərdarlığını etmişdi.
İnterpress.az