İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, iki il əvvəl Rusiyanın müxalif lideri Boris Nemtsovu öldülməklə günahlandırılan 5 nəfər dünən yenidən hakim qarşısına çıxdı.
Sui-qəsddən məhkum olan Çeçen əsilli Temirlan Eskerhanov, Şadid Gubaşev, Anzor Gubaşev, Zaur Dadayev və Hamzat Bahayev məhkəmə salonunda kameralara gülümsəyərək poza verdi.
Əvvəlki dinləmələrdə şübhəlilərin 240 min dollar pul aldıqları və bunun qarşısında Nemtsovu öldürdükləri ortaya çıxmışdı.
Xatırladaq ki, Rusiya lideri Putin əleyhdarı olmasıyla bilinən Nemtsov Moskvada olan Kremlin Sarayının qarşısındakı bir körpüdə vurulmuşdu.
27 Fevral 2015-ci ildə meydana gələn hadisədə ağ bir avtomobillə siyasətçiyə yaxınlaşan təcavüzkarlar dörd əl atəş edərək Nemtsovu öldürmüşdü.
Qeyd edək ki, Rusiya Dövlət Başçısı Boris Yeltsinin hökumətində baş nazir köməkçisi olan Nemtsov islahat tərəfdarı fikirləriylə tanınırdı və Ukraynadakı döyüşə qarşı çıxırdı.
İnterpress.az