İnterpress.az ARB-yə istinadən xəbər verir ki, şəhərin Fariz Eynullayev küçəsində yerləşən mobil telefon mağazasından maskalı şəxslər oğurluq ediblər. Hadisə gecə saat 04:00 radələrində baş verib. Aqşin Babayevə məxsus mağazanın qapısını metal alətlə açaraq içəri daxil olan 4 nəfər şəxs ümumi dəyəri 3 min manat olan 12 ədəd telefon götürüblər.
Faktla bağlı Şirvan polisi araşdırma aparır.
İnterpress.az