Dünən saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.
Faktla bağlı araşdırma aparılır. ( lent.az )
İnterpress.az