Antioksidantlar bildiyiniz kimi, orqanizmin qocalmasını ləngidir, həmçinin xərçəng hüceyrlərinin yaranmasının qarşısını alır.
Lakin polifenol yalnız qırmızı meyvə-tərəvəzdə çoxlu miqdarda olmaqdadır. Sirr deyil ki, bu meyvə-tərəvəzlər bizim rasionumuzda gündəlik iştirak etmirlər. İndi artıq bu xeyirli elementlər bizim daim istifadə etdiyimiz kartofda var.
Belə polifenol ilə zəngin kartofun alınması olduqca sadə prosedur imiş. Alimlər kartofa 5-10 dəqiqə ərzində elektrik enerjisi və ya ultrasəs şuaları ilə təsir edərək, kartofun tərkibindəki antioksidanların payını 60% qədər artıra biliblər.
Lakin alimlər xəbərdarlıq edir ki, belə kartofun müxtəlif üsullarla bişirilə bilməsi helə də sonadək araşdırılmayıb.
İnterpress.az