İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Senat Kəşfiyyat Komitəsi Üzvü Demokrat Partiyalı senator Mark Warner, Trumpın əfv səlahiyyətinin sərhədlərini araşdırdığına istiqamətli xəbərləri \”son dərəcə narahat edici\” olduğunu bildirdi:
\”Bu təməl xətti aşmaq deməkdir.\”
Qeyd edək ki, Washington Post qəzeti Trumpın özünü və dəstəsini necə əfv edəcəyini araşdırdığını yazmışdı.
Donald Trump şənbə günü atdığı tweett-də bu xəbərə cavab verərkən \”Hər kəs ABŞ prezidentinin əfv mövzusunda sərhədsiz səlahiyyətləri olduğu mövzusunda həmfikirdir, amma ortada işlənən tək cinayət, kəşfiyyat hesabatlarının mətbuata sızdırılması, səbəb budur?
Trump, ədliyyə naziri Jeff Sessions haqqındakı xəbərlərə də bənzər bir şəkildə cavab verdi.
ABŞ-lı səlahiyyətliləri Donald Trump və dəstəsinin seçki kampaniyası zamanı Rusiya ilə qurduğu əlaqəni araşdırır. Ölkədəki kəşfiyyat xidmətləri Rusiyanın Trumpın başçılıq yarışını qazanmasına köməkçi olduğu fikrində. Trump və Rusiya isə bu iddiları rədd edir.
İnterpress.az