İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Almaniyada 24 sentyabr tarixində keçiriləcək ümumi seçkilər üçün kampaniyalara start verilir. Washington Post qəzeti Angela Merkelin seçkilər üçün hazırladdığı afişada prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Trumpu nümunə aldığını yazdı.
Washington Post, Angela Merkelin, \”İçində yaxşı və sevərək yaşanan bir Almaniya üçün\” şüarıyla hazırlanan afişasında Ərdoğan və Trumpun seçicilərinə verdiyi mesajlara bənzəyən istiqamətlər olduğunu yazdı. Washington Post dünyanın digər ölkələrində kampaniyalarda vətən sevgisinin tez-tez istifadə edilən bir motiv olduğunu və bunun da normal olduğunu, ancaq Almaniyada bu duyğunu ifadə etmənin mənfi çağırışlar etdiyini yazdı.
Yeni kampaniya ilə bu tutumun dəyişdiyini ifadə edən qəzet afişası hazırlayan Jung von Matt adlı agentliyin səlahiyyətlilərinin Almaniyada da bir zehniyyət dəyişməsinin yaşandığını və Almaniyanı sevmənin artıq məqbul qarşılandığını yazdı.
Xəbərdə, agentliyin bu kampaniyada Trump və Ərdoğanın nümunə götürdüyü və vətən sevgisi təmasına həddindən artıq sağçıların tək əlində qurtarmağı məqsəd qoyduğu vurğulanıb. Angela Merkelin də bu afişası çox bəyəndiyi bildirildi.
İnterpress.az