İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Ohio State Fair, Columbusda lunaparkda meydana gələn qəzada 1 nəfər ölüb, 7 adam ağır yaralanıb.
Hadisə əyləncə alətindəki oturacaqlardan birinin yerindən qopması ilə baş verib. Qəza anı saniyə – saniyə kameralara əks olunub.
Qəzada 18 yaşında oğlan uşağı həyatını itirib.
Yaşanan bu faciəvi qəzada yaralanan uşaqlar Ohio Health Grant Medical Center Xəstəxanasına yerləşdirilib.
İnterpress.az