Turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” də növbəti matçına çıxıb.
Roman Qirqorçukun komandası səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Birinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən yunanlar 1:0 hesablı qələbə qazanıblar.
27 iyul
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 1:0
Qol Qilyerme Molins, 36-pen
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionuhttps://youtube.com/watch?v=1fuBPYAfNZE