İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Filipinlərin sərt sözləriylə tanınan Prezidenti Rodrigo Duterte, indi də dünyanın ən məşhur universitetlərindən biri olan Oksford Universitetinin haqqında söylədikləriylə diqqət çəkdi.
Universitet tərəfindən Dutertenin ictimai mediadakı məşhurluğunu artırmaq üçün kiber orduya ödəmə etdiyini iddia edən nəşrdən sonra, Duterte Oxford Universitetini \”Axmaq insanlar üçün\” olaraq xarakterizə etdi.
Dutertenin 2016-ci ildəki prezident seçkiləri dövründə özünü müdafiə, fikirlərini yaymaq və təqibçilərini artırmaq üçün 150.000 sterlinq ödədiyini iddia edən universitetə cavab verən Duterte, ictimai mediaya pul ödədiyini qəbul edərkən bunun yalnız seçki dövründə olduğunu, seçildikdən sonra belə bir şey etmədiyini söylədi.
\”Artıq ehtiyacım yoxdur. Hücumlara qarşı özümü müdafiə etməyə ehtiyac yoxdur. Oxford Universiteti? Ora axmaq insanlar üçün bir məktəb\”-dedi.
Qeyd edək ki, keçmiş Davao Bələdiyyə Başçısı olan Duterte, 2016-ci ildə narkotik qaçaqmalçılığının hədəf alan bir mesajla Filippin seçkilərini qazanarkən, seçkilərdən sonra narkotik satışında istiqamətli günahlandırılan insanlara mühakiməsiz edam etdirdiyinə görə tənqid edilmişdi.
İnterpress.az