Xroniki prostatitin və adenomanın müalicəsi üçün səhər yeməyindən xeyli əvvəl, imkan varsa gün ərzində balqabaq tumu yemək məsləhətdir. Balqabaq tumunun müntəzəm qəbul edilməsi bəzən xəstələrə adenomadan əməliyyatsız qurtulmaq imkanı verir. Bu xəstəliyi müalicə etmək üçün gündə iki dəfə yeməkdən yarım saat əvvəl bir stəkan balqabaq şirəsi içmək tövsiyə olunur.
Qovrulmamış, mağazadan alınmamış, qabıqlı balqabaq tumlarını ət maşınından keçirib, albalı boyda kürəciklər şəklinə salmağa kifayət edəcək qədər bal qatmaq, bir qədər qurutduqdan sonra soyuducuda saxlamaq lazımdır. Hər gün yeməkdən əvvəl 1 kürəciyi su ilə qəbul etmək lazımdır. Müalicə kursu bir ay – 1 ay 15 gündür. Bir qədər keçdikdən sonra müalicə kursunu təkrarlamaq olar.
İnterpress.az