Lent.az xəbər verir ki, Xətai rayonu Zeytun küçəsində yaşayan Nəzakət Əliyeva (adlar şərtidir) müraciətində bildirib ki, 4 gün əvvəl qızı Əliyeva Nərmin Əlimusa qızı şəxsiyyət vəsiqəsini və paltarlarını götürərək evdən qaçıb.
Şikayətçi qadın qızının yerinin müəyyən edilərək tapılması üçün polisdən kömək istəyib.
Araşdırma aparılır.
İnterpress.az