İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, İraqda Sədr Hərəkatı lideri Müqtəda əs-Sədr, rəsmi dəvət üzərinə Səudiyyə Ərəbistanına gedəcək.
Sədrin ofisindən edilən yazılı şərhdə, Sədrin rəsmi dəvət üzərinə bu gün Səudiyyə Ərəbistanına gedərək səlahiyyətlilərlə görüşəcəyi bildirilir.
Məclisdə 34 kürsüsü olan Sədr Hərəkatı, DEAŞ-a qarşı döyüşən Seraya es-Salam adlı milis gücünə də sahib.
Şiə lider Sədr, 11 il sonra Səudiyyə Ərəbistanını ziyarət edəcək.
İnterpress.az