İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump bu gün Ağ Evdəki kabinet toplantısının ardından mətbuat mənsublarına etdiyi şərhdə, \”Şimali Koreyanı həll edəcəyik. Həll olunacaq. Hər şeyi həll edəcəyik \”ifadələrini istifadə etdi.
ABŞ ordusunun yeni Baş qərargah Başçısı John F. Kellinin kabinetə keçirtdiyi görüşdən sonra bu şərhi edən Trump, John F. Kelly üçün də \”Əla işlər görəcəyindən heç şübhəm yoxdur\” şərhini etdi.
Qeyd edək ki, Şimali Koreya ötən cümə günü, bu il 14 dəfə raket və 2.ICBM (qitələrarası ballistik mərmi) sınağını reallaşdırmışdı.
Prezident Trump ayrıca mövzuyla əlaqədar olaraq, hökumətlərinin Şimali Koreya və Yaxın Şərq daxil, bir sıra xarici siyasət məsələlərini \”əvvəlki rəhbərlikdən miras aldığını\” ifadə edib.
İnterpress.az