ABŞ, Venesuela Dövlət Başçısı Maduronu qara siyahıya aldıbackend

ABŞ, Venesuela Dövlət Başçısı Maduronu qara siyahıya aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi Xarici aktivlərin Xəzinə Control Bürosundan (OFAC) edilən yazılı şərhdə, Maduraya ölkəsində avtoritar bir rejim qurmağa istiqamətli cəhdləri səbəbiylə sanksiya tətbiq bildirildi.
 
Venesuelada dünən reallaşan qurucu məclis seçkisinin, demokratik yollarla iş başına gələn Milli Məclisin konstitusiya hüquqlarını qəsb etməyi hədəflədiyi ifadə edilən şərhdə, bu ifadələrə yer verildi:
 
\”Bu seçki, Venesuelanın konstitusiya və demokratik nizamı üçün bir parçalanma təmsil edir. Maduro rəhbərliyi, qurucu məclis seçkisini, Venesuela xalqının və dünyadakı demokratik hökumətlərin qüvvətli şəkildə qarşı çıxmasına baxmayaraq reallaşdırdı. Qurucu Məclisin qurulması, Maduronun Venesuela demokratiyasına və hüququn üstünlüyünü aşındırmaq üçün illərcə davam etdirdiyi səylərindən sonra gəldi.\”
 
ABŞ Maliyyə naziri Steven Mnuchin isə sanksiya qərarına bağlı şərhində, \”Dünən edilən qeyri qanuni seçkilər, Maduronun Venesuela xalqının iradəsini nəzərə almayan bir diktator olduğunu təsdiq etdi. ABŞ, Maduroya qarşı sanksiya qərarı alaraq, rejimin siyasətlərinə qarşı çıxdığını və ölkənin yenidən tam və firavan demokratiyaya geri dönməsini istəyən Venezuelalılar dəstəklədiyini açıqca ortaya qoydu \”ifadələrini istifadə etdi.
 
ABŞ-ın sanksiya qərarı Maduronun ABŞ-dakı bütün mal varlığı dondurularkən, Amerikalıların özüylə əlaqə yaratması da qadağan edildi.

İnterpress.az