Türkiyə: 15 iyul şübhəliləri məhkəməsi qarşısında 500 müttəhim duracaqbackend

Türkiyə: 15 iyul şübhəliləri məhkəməsi qarşısında 500 müttəhim duracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, ötən il Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra həbs olunmuş 500 nəfərin məhkəməsi başlayır.
Onlar cevriliş cəhdi hazırlamaqda ittiham olunurlar.
Məhkəmə prosesinin mərkəzində Akıncı hava bazası durur.
Hökümətin iddiasına görə, dövlət çevrilişi cəhdinin iştirakçıları bu hava bazasından qərargah kimi istifadə ediblər.
Müttəhimlər Ankara yaxınlığında məhkəmə prosesinin keçirilməsi üçün qurulmuş binaya gətiriləcək.
Onlara qarşı prezidenti məhv etməkdən tutmuş qətl törədilməsinədək ittihamlar irəli sürülüb.
2016-cı ilin iyul ayında Türkiyədə hakimiyyəti ələ keçirməyə yönəlmiş çevriliş cəhdi zamanı 249 adam həlak olub.
Hazırkı məhkəmə prosesi dövlət çevrilişi ilə bağlı indiyədək keçirilən ən iri məhkəmə prosesidir.
İddia edildiyinə görə, ötən il hərbçilər prezident Recep Tayyip Erdoğanı devirməyə cəhd göstərərkən, Ankarının şimal-qərbində yerləşən Akıncı hava bazasından parlamenti bombalamağa əmrlər verilibmiş.
Cevriliş cəhdinin qarşısı alındıqdan sonra minlərlə adam həbs olunub.
Həbs edilənlərin çoxunun ABŞ-da yaşayan mühacir dini xadim Fethullah Gülen ilə əlaqəsi olduğu iddia olunur.
Çevriliş cəhdinin hazırlanmasında əsas ittiham edilən şəxs sayılan Fethullah Gülenin işinə məhkəmədə qiyabi baxılır.
Fethullah Gülen ona qarşı irəli sürülmüş ittihamları rədd edir.
Tənqidçilər deyirlər ki, prezident Erdoğan indiki fürsətdən istifadə edərək siyasi rəqiblərini boğmağa çalışır.

İnterpress.az