İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, İordaniya parlamentində dünən keçirilən səsvermə nəticəsində, təcavüz şübhəlilərinin qurbanları ilə evlənmələri və ən az 3 il evliliyi davam etdirmələri vəziyyətində bəraət etmələrini təmin edən, 308 nömrəli qanun qüvvədən qalxdı.
Qiymətləndirmə, ölkədə və beynəlxalq ictimaiyyətdə, qadın hüquqları adına \”tarixi bir hadisə\” olaraq xarakterizə edilir.
Livanda da bənzər qanunun ləğvinə səs veriləcək
İnsan Haqqları İzləmə Təşkilatı, söz mövzusu səs vermə \”hüququn üstünlüyünü gücləndirmək və qadına qarşı şiddətin cəzasız qalmasını maneə törətmək adına müsbət bir addım\” olaraq xarakterizə etdi. Təşkilat həmçinin, oxşar bir səsvermə etməyi planlaşdıran Livan məclisinə də bu mövzuda dəstəyini ifadə etdi.
Mübahisəli qanun, qadınların \”namusunu\” qoruduğunu iddia edən seqmentlərlə, ən əsas insan haqqına zidd olduğunu ifadə edən seqmentlər arasında, onlarca ildir ölkə səviyyəsində qütbləşməyə səbəb olmuşdu.
Müxtəlif qeyri-hökumət təşkilatları fəaliyyət göstərən yüzlərlə aktivist, qanunun qaldırılması üçün dünən İordaniya məclisi qarşısında oturma hərəkəti etmişdi.
İnterpress.az