İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, polisin şərhinə görə səhər saat 6 sıralarında reallaşdırılan hücumda hər hansı can itkisi ya da yaralanma olmayıb.
Çin Konsulluğu isə hadisənin son dərəcə narahatlıq verici olduğunu ifadə etdi və ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini istədi. Çin, şərhində hadisənin bütün təfsilatı ilə ortaya çıxarılmasını da istədi.
Səlahiyyətlilər təcavüzkarın şəxsiyyətini hələ aydın etmədən, Çinin dövlət İdarəsindəki xəbər agentliyi Zinhua təcavüzkarın Asiya görünüşlü və 60-cı yaşlarında olduğunu iddia etdi. Çin mətbuatına görə təcavüzkar 17 əl atəş açarkən, konsulluq binasının ön hissəsinə və pəncərələrinə güllə izləri buraxıb.
Qeyd edək ki, 2011-ci ildə da Çin əsilli bir ABŞ vətəndaşı eyni binaya atəş etdiyi üçün polis tərəfindən həbs olunmuş və o hadisədə da hər hansı bir yaralanma ya da can itkisi olmayıb.
İnterpress.az