İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Müstəqillik referendumu tənzimləməyə hazırlanan İraq Kürd Regional Rəhbərliyi (IKBY) ilə Bağdad rəhbərliyi arasındakı gərginlik davam edərkən, İKBY Başçısı Məsud Bərzaninin İraq Baş naziri Heydər İbadiyi \’təhdid etdiyinə\’ dair xəbərləri təkzib edib.
İKBY-nin saytından yayımlanan açıqlamada, söz mövzusu xəbərlər üçün \’əsassız\’ deyildi. Şərhdə belə deyildi:
\”Bəzi media kanallarında, İKBY Başçısı Məsud Bərzaninin İraq Baş naziri Heydər İbadiyə təhdid mesajı göndərdiyinə dair xəbərlər yer aldı. Çıxan xəbərlər tamamilə əsassızdır. Başçı Bərzani və İraq Baş naziri İbadi, yaxşı və dostluq əlaqələrə malikdir. Erbil ilə Bağdad arasında bu anda və gələcəkdə ola biləcək bütün təhdid və problemlərin həlli üçün qarşılıqlı dialoq qurulacaqdır\”.
İnterpress.az