İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yerləşən Harrods mağazasında, məşhur maneken 1000 sterlinq dəyərində məhsul oğurlayarkən cinayət üstündə tutuldu.
Məşhur maneken Natalia Sikorska; Markus Lupfer markasından olan bir pencək, Claudie Pierlot markalı ayaqqabı, Pinko markalı çanta ilə birlikdə bir də qiymətli bir gümüş bıçaq oğurlayarkən mağazanın təhlükəsizlik kameraların təsbit edildi və hadisə yerinə dərhal polis çağırıldı.
Qeyd edək ki, Londonun ən böyük və lüks mağazası olan Harrods da saatda 1 milyon dollara çatan satışlar edə bilir.
İnterpress.az