APA-nın məlumatına görə, hadisə Yevlax- Zaqatala – Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.
\”VAZ-2106\” markalı \”62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
İnterpress.az