İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ötən çərşənbə günü, Mayorkada bir restorana hücum reallaşdıran və içəri fişəng atan qrup, şəhərdə artıq turistlərin xoş qarşılanmayacağı mövzusunda xəbərdarlıq edib. Mayorkadaki aktivist qrup, qorxunc hərəkətlərin ardından əllərində fişənglər və \”Turizm Mayorkanı öldürdü\” yazılı şüarlarla yürüş etdilər.
Turizm idarəçilərindən biri, bu hücumların turistlərə deyil mövqelərə istiqamətli olduğunu ifadə etdi. Anarxistlərin bu yeni hücumları, bölgəyə gələn Avropalı turist sayının azalmasına gətirib çıxaracağı ehtimal edilir. Aktivist qrupun liderlərindən biri, jurnalistlərə bu şəkildə danışdı:
\”Turistlərin ev dairələrini kirayəyə götürmə səbəbiylə şəhər bahalaşır və mənzil sakinləri zorla evlərindən çıxardılır.\”
Aktivistlər \”Turizm şəhəri öldürür\”, \”Turistlər evinizə gedin\”, \”Hoşgəlmədiniz\” yazılarla şəhərin hər yerini doldurublar.
İnterpress.az