İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, ölkədə korrupsiya və qanun pozuntularına qarşı maarifləndirmə kampaniyaları təşkil edən Milli Bərabərlik Dərnəyi, etdiyi şərhdə, rəsmi statusu olmayan \”First Lady\” üçün hüquqi çərçivə müəyyən edilməsi və büdcədən pay ayrılması istiqamətində davam edən komissiya işlərinə qarşı çıxaraq, başlatdığı online imza kampaniyasına 120 min adamdan dəstək gəldiyini bildirdi.
Prezident Emmanuel Macronun yoldaşı Brigitte Macrona hazırda 3 köməkçi, 2 katibə və 2 qoruma işçisinin təsis edildiyinin vurğulandığı şərhdə, \”İllik təxminən 450 min avroya başa gələn bu xidmətlərin əvəzinin dövlət büdcəsindən kəsildiyini və prezident yoldaşı statusunun rəsmiləşməsi vəziyyətində hüquqi bir quruluşa qovuşaraq ayrı bir büdcəylə xalqa çox daha yük olacağı \”müdafiə olundu.
Fransada prezident yoldaşının statusu haqqında hər hansı bir qanuni tənzimləmə yoxdur. Prezident Emmanuel Macron, seçki kampaniyası dövründə, yoldaşının statusu haqqındakı inamsızlığın aradan qaldırılacağını söyləmiş və \”Əgər seçilirsəm bu mövzuda qanuni çərçivənin müəyyən edilməsi üçün bir iş edilməsi təlimatı verəcəyəm\” ifadəsini istifadə etmişdi.
İnterpress.az