İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Çində nadir görülən bir xərçəng növünün pəncəsinə düşən gənc qadının görüntüsü, görənləri heyrətlər içərisində buraxır. İngilis The Sun qəzetinin xəbərinə görə, qadının, \’nöroblastom\’a (uşaqlıq çağında görülən avtonom sinir sistemi şişi) tutulduğu düşünülür.
Xəstəlik səbəbiylə talehsiz qadının kiçik yaşdan etibarən boynu və üzü şişir. Maddi imkansızlıqdan xəstəliyə nəzarət edilə bilmir. Qeyri-hökumət təşkilatları, qadının evinə etdikləri ziyarəti əks etdirən görüntüləri internetdə nəşr etdi.
Söz mövzusu videoda qadın və anası, üzü bu halda olmasına baxmayaraq necə yemək yeyə bildiyini və kənddən gələn yardımlarla qənaətlə keçindiklərini izah edir. Çinli qadının vəziyyətinin tam olaraq aydın ola bilməsi üçün xəstəliyi ilə əlaqədar dəqiq bir diaqnoz qoyulması lazımdır. Ancaq əməliyyat və radiasiya müalicəsi üçün ailənin pulu yoxdur.
QHT işçiləri, qadının xaricdə müalicə görməsini vurğulayır. Ancaq lazımlı pul tapılsa belə çətin vəziyyətdəki qadın, qəti olaraq bu variantı dəyərləndirəcəyini söyləmir.
İnterpress.azhttps://youtube.com/watch?v=5Fk7igKp4Gw