İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Venesuelanın Valensiya şəhərində bir qrup əsgərin Dövlət Başçısı Nicolas Maduroya qarşı başlatdığı qiyamın yatırılması zamanı hökumət tərəfindən \’terrorist\’ olaraq xarakterizə edilən usyancılardan ikisinin öldürüldüyü açıqlandı. Dövlət televiziyası Maduroya qarşı qiyam başlatmaq məqsədiylə təşkil edilən hərəkət əsnasında aralarında əsgərlərin də olduğu səkkiz adamın həbs olunduğunu, digərlərinin isə ələ keçirdikləri silahlarla qaçdıqlarını vermişdir.
Nicolas Maduro \’pullu əsgərlər\’ olaraq adlandırdığı 20 dolayında silahlı adamın Paramacay bazasına hücum etdiklərini və təcavüzkarların silah anbarına girməyi bacardıqlarını söylədi. Qatıldığı televiziya proqramında şərhlər edən Maduro, \”Bu ordumuza qarşı edilmiş bir terrorist cəhddir\” dedi. Maduro üsyançıların \’Mayami\’ və Kolumbiya tərəfindən maliyyəyə edildiklərini qarşıya qoydu. Xatırladaq ki, Maduro uzun müddətdir ki, ABŞ və Kolombiyanın müxalifətlə birlikdə zərbə hazırlamaqla günahlandırırdı.
İnterpress.az