Göygöldə mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıbbackend

Göygöldə mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl rayon ərazisindən keçən hissəsində baş verib. \”VAZ-2107\” markalı avtomobillə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə zamanı mikroavtobusun sürücüsü Gəncə sakini, 1956-cı il təvəllüdlü Təvəkkül Səfər oğlu Qasımov ölüb. Onun sərnişini İveta Musa qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bundan başqa, \”VAZ-2107\”in sürücüsü, 1977-ci il təvəllüdlü Şöhrət Əli oğlu Quliyev, onun anası, 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva və oğlu, 2005-ci il təvəllüdlü Əli Şöhrət oğlu Quliyev yaralanıb. Daha bir nəfərin xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az