İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Dövlət Başçısı Uxuru Kenyatta qarşısına çıxan namizədlərdən Raila Odinga, rəqibinin öndə olduğunu göstərən rəsmi olmayan nəticələri qəbul etmədiyini açıqlayarkən, keçirdiyi mətbuat konfransında seçkinin məkrli olduğunu irəli sürdü. Odinga, \”Bu rəqəmlər uydurma, bunlar məkrli\” ifadəsini istifadə etdi.
Keniya Seçki Komissiyası rəsmiləri səslərin böyük əksəriyyətinin sayıldığını açıqlayarkən Kenyattanın təxminən 54 % ilə öndə olduğunu bildirmişdi.
Bu açıqlamaların ardından Keniyanın bəzi yerlərində xalq küçəyə çıxanda ən son 2007 də keçirilən seçkilərdən sonra gedən döyüşlərdə ən azı 1100 Keniyalı həlak olmuş və təqribən 600.000 nəfər yerindən-yurdundan olmuşdu.
Seçki Komissiyası xalqa ağıl və sakitlik çağırışı edərkən, bəzi seçki mərkəzlərində cib telefonu çəkmədiyinə görə, nəticələri dəstəkləyən sandıq protokollarının gecikdiyi söylənildi.
İnterpress.az