İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Şimali Koreya, 2015-də dövlət əleyhinə hərəkət etmək günahlandırması ilə həbs olunan və ömürlük həbsə məhkum edilən Cənubi Koreya əsilli Kanada vətəndaşı keşiş Hyeon Soo Limi sağlamlıq problemləri səbəbiylə sərbəst buraxıldı.
Rəsmi xəbər agentliyi KCNA, qərarın mərkəz məhkəmə tərəfindən alındığını bildirib.
Kanada Baş Naziri Justin Trudeau, çərşənbə günü milli təhlükəsizlik müşaviri Daniel Janın Limin ilə görüşmək üçün Pyongyanga getdiyini bildirmişdi.
60 yaşında Hyeon Soo Lim, dini istifadə edərək Cənubi Koreyaya Şimali Koreya vətəndaşlarını qaçırmaları üçün yardım etməklə günahlandırmış və ömürlük həbsə məhkum edilmişdi.
Xatırladaq ki, Pyongyang rəhbərliyi, təxminən 2 ay əvvəl Amerikalı universitet tələbəsi Otto Warmbieri koma halında sərbəst buraxmış. Warmbier, ABŞ-a çatdıqdan bir müddət sonra həyatını itirmişdi.
İnterpress.az