İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Biharda 4 nəfəri öldürən fil, aprel ayında Jharkhandda da az sayda üzvü qalan Pahariya qəbiləsindən 10 nəfərin həyatını itirməsinə səbəb oldu.
Filin son qurbanı isə bazar günü marketdən evinə qayıdarkən kəndarası yol olaraq seçdiyi meşədən keçən 25 yaşlı Raju Pahariya adlı gənc olub.
Pahariyanın xanımı Mangli Paharin, fillərin son aylarda insanları öldürdüyünü, ancaq meşəbəyin fili tutmaq üçün konkret bir addım atmadığını dilə gətirdi. Paharin, kəndlilərin canlarını itirmə və evlərinin sökülməsi qorxusu yaşadığını söyləyib.
Meşə qoruma rəsmisi MK Singh, Andra Pradeş əyalətinin paytaxtı Heydərabad şəhərindən bir ovçu ilə fili sakitləşdirmək üçün Uttar Pradeş ştatından 5 təlimçinin bu gün Jharkhanda gələcəyini açıqlayıb.
Ovçunun, 12 yaşında milli oyunlarda qızıl medal qazanan 61 yaşlı Nawab Shafath Ali Khan olduğu bildirildi.
Fili sakitləşdirmək üçün planları olduğunu deyən Singh, tədbirlərə baxmayaraq tutmaması halında fili vurmaq üçün icazə alacaqlarını dilə gətirdi.
Singh, fili qorumaq üçün hər cür tədbirin olunduğuna diqqəti çəkib.
Qeyd olunur ki, Qərbi Benqal ştatından aprel ayından bəri fili tutmaq üçün 12 ovçu cəlb olunub, ovçuların hələ də ayrı-ayrı kəndlərdə qaldığını, ancaq istənilən nəticəyə çatmadğı, fili tuta bilmədikləri vurğulanıb.
İnterpress.az