Azərbaycanın Müdafiə Nazirliyi avqustun 8-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrup üzvünü \”zərərsizləşdirilyini\” bildirib.
\”Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib\”, məlumatda deyilir.Azərbaycan qoşunlarının itki vermədiyini bildirən nazirlik qeyd edib ki, \”geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib\”.
Tanınmamış \”Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyinin\” sözçüsü Senor Hasratyan bəyanatında bu məlumatı təkzib edib.
Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verirlər. (bbc)
İnterpress.az