İraqdakı Spyker qətliamı davasında 27 nəfərə edam cəzasıbackend

İraqdakı Spyker qətliamı davasında 27 nəfərə edam cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraqda terror təşkilatı DEAŞ tərəfindən Tikrit şəhərindəki Spyker Hərbi Bazasında törədilən qətliamdan dolayı 27 nəfərə edam cəzası verilib.

Ali Məhkəmə sözçüsü qərarın şikayətə aparılmasını açıqlayıb.

2014-ci ildə baş verən və 1700 əsgər namizədinin DEAŞ tərəfindən güllələndiyi qətliamla əlaqədar olaraq 2016-ci ildə də 36 nəfər edam edilmişdi.

Məhkəmədə mühakimə olunan 25 nəfərin isə dəlil çatışmazlığından bəraət etdiyi qeyd olunub.

Terror təşkilatı DEAŞ, 2014-ci ilin iyun ayında Spyker Hərbi Bazasını ələ keçirmiş, üstünə xidmət edən 1700 əsgər namizədi və təhlükəsizlik vəzifəsini qətlə yetirmişdi. Təşkilat, qətliam görüntülərini təbliğat məqsədilə internetdə bölüşmüşdü.

İnterpress.az