İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, iqtisadi və siyasi böhranla sarsıdılan Venesuelada etirazların hədəfində olan Nikolas Maduro, yeni seçilən Qurucu Məclisdə çıxış edib.
Maduro 3 saatlıq çıxışında, ABŞ Prezidenti Trumpa müraciət edərək Trumpla üz-üzə görüşmək istədiyini söyləyib.
Maduro, \”Əgər Venesuelaya bu qədər bağlısan elə buradayam. Donald Trump, bax əlim burada\”-ifadələrini istifadə edib.
Xarici güclərlə mübarizədən əsla əl çəkməyəcəklərini bildirən Maduro, ABŞ-ın özünə qarşı sanksiyalarını da tənqid edib və sanksiyaları ABŞ məhkəməsinə daşınacağını söyləyib.
Qeyd edək ki, Venesuelada aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlarda 120-dən artıq adam həyatını itirib. 30 iyulda keçirilən seçkilərlə Qurucu Məclis vəzifəyə gəlib, ancaq müxalifət Qurucu Məclisin qanuni olmadığını müdafiə edir.
İnterpress.az