Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayət Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi hakim Eynulla Vəliyevin sədrliyi ilə baş tutub.
\”Topstap LTD\” MMC-nin təsisçisi olan M.Həsənovanın cinayət işi üzrə məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən N.Həsənova şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmədə o da məlum olub ki, bu iş üzrə şahid kimi tanınan Anar Əliyev barəsində də cinayət işi açılıb. O, bir neçə nəfərin pulunu alaraq işə düzəltmək vədi verməkdə təqsirli bilinir.
Qeyd edək ki, M.Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları \”Topstap LTD\” MMC-nin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadıb. Onların xeyli miqdarda pulunu ələ keçirib.
M.Həsənova barəsində edilən çoxsaylı şikayətlərdən sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində tutulub.
İnterpress.az