İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Şimali Koreyaya qarşı mövqeyini sərtləşdirən və hərbi variantların atışa hazır olduğunu bildirən ABŞ Prezidenti Donald Trumptan təhdid kimi bir açıqlama da Venesuela üçün gəldi.
ABŞ Xarici İşlər Naziri Reks Tillerson və ABŞ-ın BMT Səfiri Nikki Haley ilə keçirdiyi görüşün ardından mətbuat mənsublarının qarşısına keçən Trump, \”Venesuela üçün bir çox variantlarımız var. Hərbi variantı də bundan ayrı tutmuram\” sözləri hərbi müdaxilə ehtimalının olduğunu bildirib.
Venesuelanın coğrafi olaraq ABŞ-a yaxın olmasına diqqət çəkən Trump, \”Bu bizim qonşumuz. Bilirsiniz, dünyanın hər bir yerində, çox, çox uzaq yerlərdə belə hərbi hissələrimiz var. Venesuela çox uzaq deyil və insanlar əziyyət çəkirlər, ölürlər. Venesuela ilə bağlı bir çox variantımız var. Lazım gələrsə, hərbi variant bunların içində\”. İfadələrini istifadə etdi.
Trumpın bu sözlərinin ardından bir açıqlama edən Venesuela Müdafiə Naziri Vladimir Padrino, \”Müdafiə Naziri kimi və bir vətəndaş olaraq bunun çılğın bir hərəkət olduğunu deyə bilərəm. ABŞ hökumətində ekstremist elita qrupu var. Və bu anda nə olduğunu və ya dünyaya nə olacağını bilmirəm. Ya bəşəriyyətin sonu gəlsə. Ya planetin sonu gəlsə\”- ifadələrini istifadə etdi.
Qeyd edək ki, Venesuelada aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlarda 120-dən artıq adam həyatını itirmişdi. Maduro, keçdiyimiz günlərdə etdiyi çıxışında Trumpa üz-üzə görüşmək təklifi etmişdi.
İnterpress.az