Trump Tənqidlərə Dözmədi: “İrqçilik Adına Zorakılığa Səbəb Olanlar Quldurdur”backend

Trump Tənqidlərə Dözmədi: “İrqçilik Adına Zorakılığa Səbəb Olanlar Quldurdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki,Charlottesvilldəki zorakılıq hərəkətləri ilə bağlı olaraq irqçi qrupları açıq şəkildə pisləmədiyinə görə kəskin tənqidə məruz qalan Trump bu dəfə irqçi və sağçı qrupları dəqiq şəkildə tənqid etdi.

ABŞ Prezidenti Donald Trump, ABŞ-ın Virciniya ştatındakı Charlottesvilldə baş verən hadisələri və bir qadının həyatını itirdiyi hücumu pisləyib.

Washingtona ziyarətində Trump, Ağ Evdən xalqa müraciət edərək: \”İrqçilik pisdir və irqçilik adına zorakılığa səbəb olanlar təqsirkardır, quldurdur. Amerikalılar kimi dəyər verdiyimiz hər şeyə zidd olan Klu Klux Qəbilənin, qruplar, ağ irqçilər və digər nifrət qrupları, buna daxildir\” deyə danışdı.
Qeyd edək ki, Charlottesvilldə irqçilərə qarşı keçirilən aksiya zamanı bir vasitə xalqın üzərinə hücum etmiş və 1 nəfər həyatını itirmişdi. 19 nəfərin də yaralandığı hücumun ardından 20 yaşlı sürücü Ceyms Fields saxlanılıb.

İnterpress.az