Ərdoğan türkləri kansler Angela Merkel və Sosial-demokratların lideri Martin Şultsa səs verməməyə çağırıb.
Ərdoğan deyib: \”Almaniyada düşünürlər ki, Türkiyəni tənqid etsək, səs toplaya bilərik. Mən vətəndaşlarıma deyirəm ki, bu partiyaları dəstəkləməyin, Merkelin təmsil olunduğu partiya da, sosial-demokratlar da, \”Yaşıllar\” partiyası da Türkiyənin düşmənidir\”.
Türkiyə lideri Türkiyəyə qarşı düşmənçilik bəsləməyən partiyaları dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 24 sentyabrda keçiriləcək.
İnterpress.az