İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Qətər rəsmi xəbər agentliyi QNANIN xəbərinə görə, ABŞ Prezidenti Donald Trumpın müşavirlərindən Jared Kushner, Trumpın Beynəlxalq Danışıqlar Xüsusi Nümayəndəsi Jason Greenblatt, Milli Təhlükəsizlik Üzrə Müşavir Müavini Dinə Pauell və Körfəz böhranının həllinə dəstək vermək üçün bölgəyə göndərilən ABŞ Xarici İşlər Nazirinin Köməkçisi Direktoru Timoti Lenderking, paytaxt Dohada Qətər Əmiri tərəfindən qəbul edilib.
Görüşdə həmçinin Qətər ilə ABŞ arasındakı dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vurğulandığı ifadə edilib.
İnterpress.az