İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, orqan qaçaqmalçılığı etdikləri səbəblə aralarında 3 həkim, 4 tibb bacısı və 3 xəstəxana işçisi, 2 vasitəsinin da olduğu 12 nəfər saxlanılıb.
Bu adamların səhər təşkil edilən basqınlarda həbs etdikləri bildirilib.
Sözügedən şəbəkənin nümayəndələrinin Misir vətəndaşı olduğu bildirilib.
Rəsmi şəxslər, bəzi yoxsul insanların yaşadıqları iqtisadi problemlərdən istifadə edildiyini və onların orqanlarının Cairede 10 Min Dollar qarşılığında satın alındığını qeyd edib.
Orqan nəql edildiyi iddia edilən xəstəxana haqqında da istintaq açılıb. Xəstəxanaya məxsus kompüter və sənədlər götürülüb.
Birləşmiş Millətlərə (BMT) bağlı Dünya Səhiyyə Təşkilatı (WHO), 2010-da Misirin orqan ticarətinin ən çox keçirildiyi 5 ölkədən biri olduğunu açıqlamışdı.
Misirdə orqan alverini dayandırmaq üçün bəzi qanunlar çıxarıldı.
Buna baxmayaraq, BMT-yə görə yüzlərlə kasıb Misirli hələ də yemək almaq, ya da borclarını ödəmək üçün qaraciyər və böyrəklərini satırlar.
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarı Antonio Guterres, 2012-də Misirin Sina Yarımadasındakı bəzi Misirli miqrantların orqan ticarəti ilə əlaqədar öldürüldüyünü iddia etmişdi.
Həmçinin 2016-ci ildə Misirdə təhlükəsizlik qüvvələri beynəlxalq səviyyədə orqan qaçaqmalçılığı edən bir dəstə aşkara çıxarılmış, 25 nəfər saxlanılıb.
İnterpress.az